Azərbaycanda qeyri-sabit hava şəraiti may ayının sonuna kimi davam edəcək.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, iyunun ilk günlərində də havanın yağıntılı olacağı ehtimalı var:
"Mayın 31-i gündüzədək bəzi rayonlarda havanın arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının leysan xaraketli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi bölgələrdə şərq küləyi arabir 18-23 m/s-dək güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısa müddətli daşqın və sel keçəcəyi ehtimal olunur".
U.Tağıyeva əlavə edib ki, yaxın günlər ərzində Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir:
“Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 25-30 dərəcə isti olacaq”.
- "Hər işdə birinci qadınlar" yarmarkası uğurla yekunlaşdı
- Bu məhkəmələrə hakimlər təyin edildi
- İran yeni zərbələrə başladı: İsraildə həyəcan siqnalı
- Sərhədimizi pozan 16 nəfər saxlanıldı
- Çox vaxt qadınlar aliment almaq üçün boşanırlar
- Sabah hava necə olacaq?
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- İlin ilk Ay tutulması başladı