Bakı və İrəvan iyunun 1-də saziş imzalaya bilər

14:40 - 26 May 2023 - GÜNDƏM

 Bakı və İrəvan iyunun 1-də saziş imzalaya bilər

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammiti zamanı sülh sazişi imzalaya bilər.

BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya istinadla məlumat yayıb.

“Ümid edirik ki, iyunun 1-də Kişinyovda nəhayət sülh müqaviləsi imzalanacaq. Bu, qaçırılmaması lazım olan tarixi məqamdır”, - Abdullayeva bildirib.

Agentliyin dioplomatik mənbələrə istinadla yaydığı məlumata görə, sammitdə İlham Əliyev və Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə görüşəcəklər.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda bu "Mall" bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol