Bakıda ağacları qanunsuz kəsən tikinti şirkətləri ilə bağlı prokurorluğa müraciət olunub.
Bu barədə BUTA.TV-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov və Qaradağ rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Xətai rayonu, Nəsirəddin Tusi küçəsində Hayat Residence MMC, Nəsimi rayonu ərazisində İnvest M. Construction MMC, Nərimanov rayonu, Heydər Əliyev prospektində FMG MMC, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində Ailə Park QSC, Qaradağ rayonu, Lökbatan qəsəbəsində isə vətəndaş Tahir Osmanov tərəfindən kəsildiyi məlum olub.
Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO
- Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...
- İpoteka sisteminin təhlükəsizliyi: iki qurum məlumat yaydı
- “İmkanlar hər kəs üçün” layihəsinə start verildi
- “Bağırov” körpüsündə qəza: yük yola dağıldı - Video
- "AzerGold" xüsusi mükafata layiq görüldü
- Azərbaycanda bu qərar dəyişdi