Rusiya Prezidenti Vladimir Putin Dərbəndin iki min deyil, beş min il yaşı olduğunu söyləmişdi.
BUTA.TV xəbər verir ki, bu sözləri Dağıstan rəhbəri Sergey Məlikov deyib.
“Putinin canlı efirdə Dərbənd haqqında dediklərini və səhvimi düzəltdiyini eşitmiş olarsınız. Mən ona bir neçə il öncə Dərbəndin 2 min illiyini qeyd etdiyimizi deyəndə, o, digər bir tarixə, əsrə istinad edə biləcəyimizi söylədi və hesab edir ki, Dərbəndin 5 min il yaşı var. Biz bunu bir təlimat kimi qəbul etdik və indi beş min illik tarixi olan bir şəhərimizin olması münasibətilə bütün dağıstanlıları təbrik edirəm. Dərbənd şəhəri dünya tarixinin beşiyidir”, - deyə o bildirib.
Qeyd edək ki, 2 gün öncə Putin Dərbənddə səfərdə olub.
- BƏƏ XİN başçısı Naxçıvana hücumu pislədi
- Leyla Əliyeva şəhid ailələri ilə birgə iftar süfrəsində
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO
- Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...