İranın Ali Milli Təhlükəsizlik Şurası qadınların futbol stadionlarına daxil olmasına icazə verib.
BUTA.TV xəbər verir ki, bunu İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac deyib.
"Qadınlar stadionlara daxil ola biləcəklər. Milli Təhlükəsizlik Şurası bu məsələni təsdiqlədi və bunun icrasına cavabdeh olan işçi qrupu təyin olundu. Daxili İşlər Nazirliyi, İdman və Gənclər Siyasəti Nazirliyi, Futbol Federasiyası və İnformasiya Nazirliyi (Kəşfiyyat) qadınların stadionlara keçidinin təfərrüatlarını planlaşdırır”, - o bildirib.
Tac qeyd edib ki, qadınlar İranın Sircan şəhərində “Qol Quxar”, İsfahanda “Nəqş-e Cahan” və “Fulad Şehr”, Əhvazda isə “Qyadır” stadionlarında matçları izləyə biləcəklər. Bundan əlavə, Tehrandakı "Azadi" stadionu qadınların iştirakı üçün hazırlanmalıdır.
O, idman radiosunda qadın idmanına həsr olunmuş xüsusi kanalın fəaliyyətə başladığını da elan edib.
- BƏƏ XİN başçısı Naxçıvana hücumu pislədi
- Leyla Əliyeva şəhid ailələri ilə birgə iftar süfrəsində
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO
- Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...