Azərbaycan ərazisində davam edən qeyri-sabit və yağmurlu hava şəraiti bir sıra fəsadlara səbəb olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN)Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, intensiv yağışlar səbəbindən Tərtər rayonunun Dəmirçi kəndinə sel gəlməsi nəticəsində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.
Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində 1958-ci il təvəllüdlü Yusif Qarayev və 1960-cı il təvəllüdlü Müşkünaz Qarayeva xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunublar.
Bundan əlavə, Goranboy rayonun Azad kəndinə sel gəlməsi nəticəsində bir sıra fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması ilə əlaqədar FHN-in Aran Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub.
Hazırda yağıntıların fəsadlarının aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
- BƏƏ XİN başçısı Naxçıvana hücumu pislədi
- Leyla Əliyeva şəhid ailələri ilə birgə iftar süfrəsində
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO
- Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...