Göygöldə mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində rayon sakininə məxsus ümumi dəyəri 34800 manat olan 109 baş xırda buynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakinləri Nazim Cəfərov, Sabit Cəbrayılov və Goranboy rayon sakini İlqar Həsənov qabaqcadan əlbir olaraq qrup şəklində mal-qaranı oğurlayıblar. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
- BƏƏ XİN başçısı Naxçıvana hücumu pislədi
- Leyla Əliyeva şəhid ailələri ilə birgə iftar süfrəsində
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO
- Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...