Belarusun xarici işlər naziri Sergey Aleynik Azərbaycana səfər edəcək.
Belarusun Azərbaycandakı səfirliyindən BUTA.TV-a verilən məlumata görə, XİN rəhbəri Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak edəcək.
Tədbir çərçivəsində Sergey Aleynik digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə də bir sıra ikitərəfli görüşlər keçirəcək.
Xatırladaq ki, Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər iclası keçiriləcək. İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.
- BƏƏ XİN başçısı Naxçıvana hücumu pislədi
- Leyla Əliyeva şəhid ailələri ilə birgə iftar süfrəsində
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO
- Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...