Dağıstan sakinləri Dərbənddən 100 km aralıda baş verən zəlzələni 5,9 bal gücündə hiss ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə baş idarəsinin mətbuat xidmətinin rəhbəri Tamila Qazimaqomedova deyib.
"Dərbənddən 100 kilometr aralıda, Azərbaycan istiqamətində 5,9 bal gücündə zəlzələ 10 kilometr dərinlikdə baş verib. Dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanlar Xəzər dənizinin sahillərində hiss olunub", - Qazimaqomedova bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə Mahaçqala, Kaspiysk, Novolakski rayonu və bir sıra digər ərazilərin sakinləri yeraltı təkanlar barədə məlumat verirlər.
- Bakı ata və oğlu faciəvi şəkildə öldü
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Azərbaycanda oğul anasını bıçaqladı
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO