Ukrayna qoşunları cəbhənin müxtəlif istiqamətlərində irəliləyir, lakin neçə kilometr irəliləməklərinin heç bir əhəmiyyəti yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Roman Svitan deyib.
O bildirib ki, burada önəmli məsələ kvadrat kilometrlərdə deyil, tutulan yüksəkliklərdədir:
“Bu yüksəkliklərdən Ukrayna hərbçiləri artilleriyanın köməyi ilə daha çox əraziyə nəzarət edirlər. Məsələn, yüksəklikdən ukraynalı müdafiəçilər Donetsk vilayətində Baxmutdan giriş-çıxışa nəzarət edə bilərlər.
Bu, artıq bütöv bir şəhərdir. Söhbət kvadrat kilometrlərdən yox, mövqelərdən gedir. Biz ən yaxşı mövqeləri tuturuq. Burada ciddi müsbət cəhət var. Dinamika mövqeləri tutmaqdadır, kilometrlərdə deyil".
- Bakı ata və oğlu faciəvi şəkildə öldü
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Azərbaycanda oğul anasını bıçaqladı
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO