Xəbər verdiyimiz kimi, Sumqayıtın Corat qəsəbəsində baş vermiş hadisəyə görə qəsəbə sakini saxlanılıb.
BUTA.TV Bizim.Media-ya istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan Müşviq Məhəmməd oğlu Tağıyevin qətli tamah məqsədi ilə törətdiyi iddia edilir. Ailənin yaxınlarından bildirilib ki, qohumlardan biri, İsveçrədə yaşayan Anar Fərəcov yüksək məbləğdə pul göndərib. Ailənin bildirdiyinə görə, hadisədən sonra pul evdə tapılmayıb.
Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.
Ləğv edilən “Bakı Taksi Xidməti”nin rəhbəri kimdir? - MARAQLI FAKTLAR
Hadisəni törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Müşfiq Məhəmməd oğlu Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. M.Tağıyev öldürülən şəxslərin qonşusudur.
- Rauf Namazova vəzifə verildi
- Bakıda taksi platformaları: hansı şirkət daha yaxşı nəticə göstərib?
- Baş nazirdən yeni qərar
- Sabahın havası: 27 dərəcə isti, yağış...
- Dövlət Məşğulluq Agentliyi bu il 5600 şəxs üçün peşə kursları təşkil edib
- FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı
- Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət ediblər
- Azərbaycanlı ailənin Parisdə əllərindən alınan övladları geri qaytarıldı