2025-ci ilin oktyabrına olan statistik məlumatlara gprə ölkədə iribuynuzlu mal-qaranın sayı 2 438 800 baş, xırdabuynuzlu heyvanların sayı 6 763 700 baş təşkil edib.
Bu isə 2024-lə müqayisədə iribuynuzlu heyvanların sayının təxminən 2% (50 min 500 baş), xırdabuynuzlu heyvanların sayı isə 3.5% (242 min baş) azalması deməkdir. İqtisadçı Razi Abbasbəyli deyir ki, son 5 ildə Azərbaycanda qoyun və keçi sayı təxminən 1,3 milyon baş, iribuynuzlu mal-qara isə 200 mindən çox azalıb.
R.Abbasbəyli: “Nəticədə Azərbaycanın strateji ərzaq bazarı sürətlə idxaldan asılı vəziyyətə düşüb. Rəsmi statistikaya əsasən 2025-in yanvar-oktyabr dövründə ölkəyə 310,33 ton qoyun əti idxal edib ki, bu da əvvəlki ilə müqayisədə 55% çoxdur (dəyər ifadəsində ~2,4 dəfə artım). Bununla da bitmir. Bu ilin yanvar ayında Azərbaycan xaricdən süd və qaymaq dxalını təxminən 50 % artırıb”.
Həcm olaraq 2 145 ton təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 700 ton çoxdur (48,4 %) və dəyər ifadəsində 87,8 % artıb. Bu rəsmi statistikada isə söhbət yalnız 1 aydan gedir.
İqtisadçı aqrar sektor sürətlə kiçilməsini belə izah.
“Bir çox səbəblər var. Birinci növbədə örüş yerlərinin məhdudlaşmasıdır. Lakin həyətyanı və xüsusilə də kiçik təsərrüfatlarda azalmanın səbəbi iqtisadi sistemdir. Başlayaq o məqamdan ki, Azərbaycanda dizel yanacağı son illərdə 40 faizdən çox bahalaşıb. Heyvandarlıq təsərrüfatları üçün yem tədürük edən əkin sahələrinin həcmi azalıb. Rəsmi statistikaya görə əgər ölkədə 2024-cü ildə 9,3 min hektar sahədə yonca əkilmişdisə, 2025-ci ildə cəmi 6,6 min hektar ərazidə əkin həyata keçirilib(29 % azalma)”.
Hökumətimiz nədənsə nəzərə almır ki, əsas heyvandarlıq üçün kritik olan birillik otlar azalır, bu da yem bazasının zəifləməsi, bahalaşma deməkdir.
Baytarlıq xidmətləri əlçatmaz olub. Xüsusilə də ölkədə bir neçə ay əvvəl müşahidə edilən dabaq virusu yayılan zaman operativ müdaxilə təşkil edilə bilmədi. Dərmanlar xaricdən idxal edilyinə görə çox bahadır.
Hökumət aqrar sektorun, xüsusilə də strateji ərzaq məhsullarının istehsalı, tədarükü ilə bağlı təcili tədbirlər görməsə, vəziyyət daha da ağırlaşacaq. Nə etməlidrlər?
- Dizel yanacağı kəndli və fermerlərə güzəştlə aşağı qiymətə satılsın. Subsidiyaların həcmi artırılsıin və subsidiyların təyinatı üzrə istifadəsinə ciddi nəzarət edilsin. Baytarlıq xidmətləri, dərman təminatı ilə bağlı qiymətlər dövlət tərəfindəmn tənzimlənsin. Vahid qiymət tarifi siyasəti tətbiq edilsin. Bələdiyyələrin icarəyə verdiyi əkin sahələrinin dincə qoyulması və örüş sahələrinin genişləndirilməsi ilə bağlı geniş proqram hazırlansın. Uzunmüddətli istifadədə olan və məhsuldarlıq potensialı zəifləmiş torpaqların bütün ölkə üzrə analizi həyata keçirilsin. Həmin torpaqlar dincə qoyulmaqla iri və xırdabuynuzlu maldarlıq təsərrüfatlarına örüş yerləri kimi təqdim olunsun.
- 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN
- Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
- Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
- Toliklə Elgizin verilişinin bağlanmasının səbəbi - Rəsmi
- Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi
- Azercell “Bakı Marafonu 2026”nın eksklüziv tərəfdaşıdır
- Xocalıya köçürülmüş 1137 sakin məşğulluq tədbirlərinə cəlb edildi
- “Nar” və AzTU əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdi