Bu gün Gürcüstanın demokratiyası üçün qara gündür.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-nin Gürcüstandakı səfirliyi bildirib.
Səfirlik Gürcüstan parlamentində “xarici agentlər” haqqında qanun layihəsinin müzakirəsinə münasibət bildirib:
“Parlamentin “xarici agentlər”lə bağlı prosesi irəli aparması Gürcüstan xalqının Avropaya inteqrasiya və demokratik inkişaf arzusu ilə uyğun gəlmir. Bu qanunların ardınca getmək Gürcüstanın strateji tərəfdaşları ilə əlaqələrini zədələyəcək və bu qədər təşkilatların öz həmvətənlərinə yardım məqsədilə önəmli işlərinə mənfi təsir göstərəcək”, - deyə səfirlikdən bildirilib.
Qeyd edək ki, hazırda Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət yaranıb. Binanın önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar parlamentin plenar sessiyasında müzakirə edilən "xarici agentlər” haqqında qanuna etiraz edirlər.
- Azərbaycan Ermənistana 4500 ton dizel göndərir
- Yevlaxda kafedə partlayış: ölən var
- Leyla Əliyeva şəhid baş gizirin ailəsini ziyarət etdi - Foto
- Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşdü - Foto
- AMEA Mehdiyevi yenə xaric etmədi: təsdiq gözləyirlər
- Horovlu kəndinə daha 30 ailə yola salındı
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi