Novruz Bayramı günləri üçün regionlarımızda yerləşən istirahət mərkəzləri yenidən yüksək qiymətlər təklif etməyə başlayıblar. CESD-nin qiymət monitorinqləri göstərir ki, bayram günlərində otellərdə qiymətlər adi günlərlə müqayisədə orta hesabla 3 dəfə baha olacaq.
BUTA.TV xəbər verir ki. bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, regionlarda turizmin inkişafı vacibdir və bu valyutanın ölkədə qalması baxımdan da prioritetdir. Amma turizm xidmətlərinin və eləcə də otel qiymətlərinin əlçatan olması da olduqca əhəmiyyətlidir. Yüksək qiymətlər bayram günlərində turizmin əlçatanlığını kəskin azaldır:
“Turizmdə qiymətlərin yüksək olmasının əsas səbəblərindən biri 1, 2 və ya ulduzsuz otellərin sayının az və bu sahədə rəqabətin zəif olmasıdır. Bu baxımdan, çoxulduzlu otellərlə bərabər, 1 və 2-ulduzlu otellərin tikilməsi oludqca vacibdir. Belə otellərin qiyməti daha aşağı olur və daha çox turist cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5-ulduzlu, bahalı otellərin tikintisinə maraq göstərirlər.
Buna görə də az ulduzlu otellərin inşaatının sürətləndirilməsi bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu sahibkarların stimullaşdırılması baxımından vacibdir. Bütövlükdə, bu sahədə qiymətlərin optimallaşdırılması üçün rəqabətin daha da gücləndirilməsi önəmlidir”.
- Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi
- Azercell “Bakı Marafonu 2026”nın eksklüziv tərəfdaşıdır
- Xocalıya köçürülmüş 1137 sakin məşğulluq tədbirlərinə cəlb edildi
- “Nar” və AzTU əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdi
- Rus general Azərbaycana gəldi - Foto
- Talıbovun dövründə maaşı verilmədi - Məhkəmədən qərar
- Bakıda 8 avtobusun hərəkət sxemi dəyişdirilir
- Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq