Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər müzakirə olunub.
BUTA.TV xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.
Millət vəkili bildirib ki, dəyişikliyə görə 2023-cü il martın 1-dək inşa edilmiş, ancaq etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələri çıxarış (kupça) ilə təmin ediləcək:
“Bu o deməkdir ki, hansı ildə inşa ediıməsindən asılı olmayaraq, tikintisi sözügedən Məcəllənin tələblərinə uyğun aparılmayan, amma etibarlılığı və təhlükəsizliyi olan bütün qeyri-yaşayış sahələrinin istismarına icazə veriləcək. İlkin qiymətləndirmələrə əsasən, bu sadələşdirmə 40 mindən çox obyekti əhatə edəcək.
Digər dəyişikliklər ilə istismar prosedurlarının daha da sadələşdirilməsi və elektronlaşdırılması nəzərdə tutulur. Bu baxımdan, dəyişikliklər daşınmaz əmlak sektorunda şəffaflığın daha da artmasına və sənədləşmənin sürətlənməsinə xidmət edəcək”.
V.Bayramov həmçinin vurğulayıb ki, müzakirələr zamanı növbəti mərhələdə 500 mindən çox sənədsiz fərdi evin də qeydiyyatı ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyi qeyd olunub. Sözügedən mərhələdə çıxarışların verilməsinin sadələşdirilməsi bu evləri də əhatə edə bilər.
- Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
- 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN
- Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
- Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
- Toliklə Elgizin verilişinin bağlanmasının səbəbi - Rəsmi
- Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi
- Azercell “Bakı Marafonu 2026”nın eksklüziv tərəfdaşıdır
- Xocalıya köçürülmüş 1137 sakin məşğulluq tədbirlərinə cəlb edildi