"Əl-Nəsr"in portuqaliyalı futbolçusu Kristiano Ronaldo növbəti qoluna imza atıb.
BUTA.TV xəbər verir ki, Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunda "Əbha"ya 2:1 hesabı ilə qalib gəldikləri matçda fərqlənib. 38 yaşlı hücumçu 79-cu dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub. Matçın 86-cı dəqiqəsində isə komanda yoldaşı Talişka penaltidən qələbə qoluna imza atıb.
Qeyd edək ki, "Əl-Nəsr" ölkə çempionatında 49 xalla 2-cidir. Komanda lider "Əl-İttihad"dan 1 xal geri qalır.
- Efirdən gedən Toliki bu xanım əvəz edəcək
- Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
- 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN
- Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
- Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
- Toliklə Elgizin verilişinin bağlanmasının səbəbi - Rəsmi
- Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi
- Azercell “Bakı Marafonu 2026”nın eksklüziv tərəfdaşıdır