Aktyor Kamran Ağabalayev sosial şəbəkədə tamaşaçıları sərt tənqid edib.
BUTA.TV Musavat.com-a istinadən bildirir ki, aktyor tamaşaçıları rejissor Emil Quliyevin “Pərdəarxası: Mən burada tək olmuşam” filminə baxmamaqda ittiham edib.
Onun sözlərinə görə, adı çəkilən film kinoteatrlarda cəmi 700 nəfər tərəfindən izlənilib:
“Bəs təkan verirdi ölümcül halda olan filmlərimizə? O verdi, bəs siz? Siz nə etdiniz? Quru quru deməklə olmur, vallah olmur. Tamam, deyə bilərsiniz ki, istəmirəm, getmirəm. O zaman ümid verməyin! Və ya deyin ki, qardaş, Emil, Azər, Hikmət bizim 9 manatımız yoxdur sənə, Azərbaycan filminə dəstək olmağa, biz sənə televiziyada dəstək olarıq, “Ay Zaur”a, Xoşqədəmə dəstək olduğumuz kimi.
“TƏBİB hər il baş həkimimizi dəyişir, amma mikroskopumuzun lampasını dəyişmir” - MÜSAHİBƏ
Olduğunuz kimi görünün, “bizə film lazımdır”, filan deməyin. Biz də işimizi bilək, sizə baş qoşmayaq. Şəxsən mənə sizin kimi tamaşaçı lazım deyil, mən filmlərdə “sevdiyim işdir” deyə çəkilirəm, elə Azər də, Hikmət də. Emilin özü də... Sadəcə yalandan “dəstəksiniz” deyib, nə bizi “gic” yerinə qoyun, nə də özünüzü!”
- Prezident Bakı haqda: Tıxac, toz-torpaq, külək...
- Efirdən gedən Toliki bu xanım əvəz edəcək
- Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
- 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN
- Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
- Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
- Toliklə Elgizin verilişinin bağlanmasının səbəbi - Rəsmi
- Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi