Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.
BUTA.TV xəbər verir ki, Xankəndidən Laçına doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus üç təminat və iki minik avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların dörd təminat və altı minik avtomobili Xankəndiyə gedib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
- Prezident Bakı haqda: Tıxac, toz-torpaq, külək...
- Efirdən gedən Toliki bu xanım əvəz edəcək
- Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
- 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN
- Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
- Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
- Toliklə Elgizin verilişinin bağlanmasının səbəbi - Rəsmi
- Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi