Tovuz rayonunda şəhid anasını aldadaraq pulunu mənimsəyiblər.
BUTA.TV xəbər verir ki, bu barədə şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu Feysbuk hesabında paylaşım edib.
O bildirib ki, adının Bəxtiyar olduğunu deyən və özünü Ağdam qaçqını kimi təqdim edən şəxs Tovuz rayonunda şəhid Elmar Şirinovun anası Amana Nəsirovanı televiziyadan çəkiliş göndərmək adıyla aldadaraq 200 manatını mənimsəyib.
E.İslamoğlu qeyd edib ki, həmin şəxs şəhid ailələrinə gedir, özünü canıyanan kimi göstərir, sonra onların etibarından sui-istifadə edir:
"Adını Bəxtiyar deyərək, özünü Ağdam qaçqını kimi tanıdıb. Əgər doğrudan da Ağdamlıdırsa, onda şəhidlərin haqqı bu adama haram olsun. Torpağını, dədə-baba yurdunu düşməndən azad edən şəhidin anasını aldatmaq rəzillikdir".
Elyar İslamoğlu dostluğundakı ağdamlılara müraciət edərək həmin şəxsi tanıyıb-tanımadıqlarını soruşub. O qeyd edib ki, həmin şəxs şəhid anasından üzr istəyib pulunu özünə qaytarmalıdır.
- Bakıda ülgüclə boğazı kəsilmiş kişi meyiti tapıldı
- 22 yaşlı oğlan bıçaqlandı, iş yoldaşları saxlanıldı
- Plastik cərrahiyyə üzrə iki mərkəz yaradıldı - Nazir
- Əli Əsədov yeni qərar imzaladı
- Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
- Bu yolda ehtiyatlı olun: lyuk bu haldadır - VİDEO
- Bu xidmət üçün lisenziya tələbi sərt olacaq
- Bakıda məşhur şirkətdə ölüm hadisəsi...