Can Azərbaycanda "Zəfər deyil, səfərbərlik zamanıdır.
BUTA.TV xəbər verir ki, bu, Türkiyənin "Qalatasaray" futbol klubunun Tvitter hesabında Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ"la matç öncəsi Azərbaycanla bağlı paylaşımında yer alıb.
“Qalatasaray”ımızın 26 mart, bazar günü saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) “Qarabağ” futbol komandası ilə Azərbaycanda oynayacağı və bütün gəlirlərinin zəlzələdə vətəndaşlarımıza bağışlanacağı qardaşların qarşılaşması üçün son 2 gün”, - paylaşımda əlavə olunub.
Qeyd edək ki, “Qarabağ”la “Qalatasaray” arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq. Bakı Olimpiya Stadionunda təşkil olunacaq matçın bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
“TƏBİB hər il baş həkimimizi dəyişir, amma mikroskopumuzun lampasını dəyişmir” - MÜSAHİBƏ
- Bakıda kişinin başı daşa dəydi, öldü
- ABŞ səfirliyi xalqımıza başsağlığı verdi
- DTX-nin saxladığı terrorçuların məhkəməsi başladı
- Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir
- Prezident Bakı haqda: Tıxac, toz-torpaq, külək...
- Efirdən gedən Toliki bu xanım əvəz edəcək
- Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
- 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN