Hazırda Naxçıvan Muxtar Respublikasında 476 nəfər vərəm xəstəliyi ilə mübarizə aparır.
BUTA.TV xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva Report-a açıqlamasında deyib.
O, qeyd edib ki, hazırda dispanserdə qeydiyyatda olan xəstələrdən 70 xəstə dərman müalicəsindədir. Xəstələr hər ay dispanserdə müayinələrdən keçdikdən sonra dərmanlarla təchiz olunurlar: “Hər il yaz-payız aylarında dispanser tərəfindən Naxçıvan şəhər, Babək, Kəngərli və Şahbuz rayonlarının tam orta məktəblərinin 9-11-ci siniflərinin şagirdləri arasında filioqrafik müayinələr aparılır. Müayinələr zamanı xəstəliyi aşkar edilmiş şagirdlər Ağciyər Xəstəlikləri Dispanserinə dəvət olunur, ətraflı müayinələrdən sonra ehtiyac olunanlara müalicə təyin edilir”.
Qeyd edək ki, bu gün Ümumdünya Vərəmlə Mübarizə Günüdür. Hər gün minlərlə insanın bu xəstəlikdən dünyasının dəyişməsi xəstəliklə müalicəyə daha ciddi yanaşmağı tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün dünyada vərəm xəstəliyindən 4 min 400 nəfər həyatını itirir, 30 min nəfər isə xəstəliyə yoluxur.
- Bakıda ülgüclə boğazı kəsilmiş kişi meyiti tapıldı
- 22 yaşlı oğlan bıçaqlandı, iş yoldaşları saxlanıldı
- Plastik cərrahiyyə üzrə iki mərkəz yaradıldı - Nazir
- Əli Əsədov yeni qərar imzaladı
- Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
- Bu yolda ehtiyatlı olun: lyuk bu haldadır - VİDEO
- Bu xidmət üçün lisenziya tələbi sərt olacaq
- Bakıda məşhur şirkətdə ölüm hadisəsi...