Türkiyədəki erməni icması prezident seçkilərində öz səsini CHP-nin lideri, “Altılı masa”nın namizədi Kamal Kılıçdaroğluna verəcək.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediasına açıqlamasında İstanbulda nəşr olunan “Akos” erməni qəzetinin redaktoru Baqrat Estukyan deyib.
Estukyan ümumiyyətlə Türkiyədəki xristianların Ərdoğana səs verməyəcəyini də iddia edib.
O, eyni zamanda, kimin iqtidara gəlməsindən asılı olmayaraq, Türkiyənin Azərbaycana münasibətinin dəyişməyəcəyini bildirib:
“Hazırkı iqtidar kimi, müxalifət də Azərbaycanı qardaş ölkə hesab edir. Ona görə də Kılıçdaroğlu qalib gələrsə, ciddi siyasi dəyişiklik gözləməyə dəyməz”.
- Jalə Əhmədovaya 2 min manat cərimə tətbiq olundu
- Bakıda dostunun atasını bıçaqlayana ağır cəza...
- Sabah Bakıya intensiv yağış yağacaq
- Bəzi nazirlik və komitələr ləğv olunacaq
- SN, TƏBİB və İTS işçi qrupu yaratdı: dəyişiklik olacaq
- 8 aylıq hamilə xəstəxanada qəflətən öldü
- Ukraynanın bu qədər ərazi itirməsinin səbəbi budur
- DSMF: 1932-dən 2017-ci ilədək doğulanlara 1000 manat ödəniş...