Bu gün Ağ Şəhər bulvarında video-müsahibə verirdim. Müsahibəni bulvar işçiləri gəlib dayandırdı. Özümü təqdim elədim, Bulvar İdarəsi rəhbərliyinə zəng etdilər, 10-15 dəqiqə gözlədim.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili Razi Nurullayev qeyd edib.
O bildirib ki, ərazidən çəkilməyə və müsahibəni “bərbad görkəmli yerdə” verməyə məcbur olub:
“Parlamentdə təmsil olunan Milli Cəbhə Partiyasının sədri, deputat, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü bulvarda müsahibə verə bilməz, qadağan olunub.
Bu qərarı kim verib? Bakı Bulvar İdarəsinin rəhbəri? Hansı haqla? Bu cür yarıtmaz qaydaları qoyanlar ölkəmizin adını batırırlar.
Məgər biz hər gün dövlətçilik, ölkəmiz və xalqımız üçün canımızı sipər etmirikmi? Bu nə münasibətdir? Mən İranın, Ermənistanın düşmənçiliyi, ölkəmizin dirənişi haqqında danışırdım.
Mən Bakı Bulvar İdarəsinin rəhbərindən üzrxahlıq zəngi gözləyirəm”.
- Jalə Əhmədovaya 2 min manat cərimə tətbiq olundu
- Bakıda dostunun atasını bıçaqlayana ağır cəza...
- Sabah Bakıya intensiv yağış yağacaq
- Bəzi nazirlik və komitələr ləğv olunacaq
- SN, TƏBİB və İTS işçi qrupu yaratdı: dəyişiklik olacaq
- 8 aylıq hamilə xəstəxanada qəflətən öldü
- Ukraynanın bu qədər ərazi itirməsinin səbəbi budur
- DSMF: 1932-dən 2017-ci ilədək doğulanlara 1000 manat ödəniş...