Dünən İrəvanda keçirilən Türkiyə-Ermənistan milli komandalarının matçı başlayarkən Türkiyə himnini erməni azarkeşlərin fitə basması ciddi etirazlara səbəb olub.
BUTA.TV xəbər verir ki, Türkiyənin məşhur futbol yazarı Əbdülkərim Durmaz Bəyaz TV-də yayımlanan "Dərin Futbol" proqramında erməni azarkeşlərin Türkiyə himnini təhqir etməsini sərt şəkildə tənqid edərək, bunun cavabsız qalmayacağını vurğulayıb.
“O Ermənistan himninin tək notu belə eşidilməyəcək. Mən o matçda belə bir azarkeş istəyirəm. Ermənistanda bayrağımıza, himnimizə qarşı edilən tərbiyəsizliyə burada artıqlaması ilə cavab verilməlidir", - yazar bildirib.
- Deputat seçicilərini belə aldadır - Həm də rəsmi qəzet vasitəsilə
- Bakıda 65 yaşlı kişi küçədə öldü
- Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı
- Bu ərazidə evlər söküləcək: Sürət qatarı keçəcək - Foto
- Jalə Əhmədovaya 2 min manat cərimə tətbiq olundu
- Bakıda dostunun atasını bıçaqlayana ağır cəza...
- Sabah Bakıya intensiv yağış yağacaq
- Bəzi nazirlik və komitələr ləğv olunacaq