Avropa Birliyi və G7 ölkələri Rusiyaya qarşı növbəti sanksiyalar paketi çərçivəsində rəsmi Moskvanın əvvəllər tədarükünü azaltdığı marşrutlar üzrə boru kəməri qazının idxalına qadağa qoymaq niyyətindədir.
BUTA.TV xəbər verir ki, bu barədə “Faynenşl Tayms” G7 liderlərinin bəyanat layihəsinə istinadən məlumat yayıb.
Məlumata görə, G-7 liderlərinin Xirosima sammitində qəbul edəcəkləri qərar Rusiyadan Polşa və Almaniyaya boru kəməri vasitəsilə qazın ixracının bərpasının qarşısını almalıdır.
Qeyd edək ki, Rusiyanın bu istiqamətlərə qaz tədarükü 2022-ci ildə Ukraynaya genişmiqyaslı müharibədən sonra faktiki olaraq kəsilib.
- Həbsdən çıxan müğənni ilə bağlı maraqlı fakt
- Moped sürücülərinin nəzərinə: Martın 26-dan...
- Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
- Prezident fərman imzaladı
- Prezident sərəncam imzaladı
- Sabahın hava proqnozu açıqlandı
- Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı
- "Bakcell" müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir