Bu ayın 21-i Yunanıstanda parlament seçkiləri keçiriləcək. Yeni qaydalara əsasən, seçkilərə qatılacaq partiyalar təkbaşına hökumət qurmaq üçün 46 faiz səddini keçməlidir. Ancaq aparılan sorğulara əsasən, hansısa partiyanın bu səddi keçməsi real deyil.
BUTA.TV xəbər verir ki, bu barədə "Röyters" agentliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, seçkilərdəki yeniliklərdən biri də müsəlman və türk qadın millət vəkilləri parlamentdə mandat qazanmaq imkanına sahib olacaqlar.
Yunanıstanda bir partiya parlamentə daxil olmaq üçün ən azı 3 faiz səs toplamalıdır. Bir partiyanın təkbaşına hökumət qurması üçün parlamentdəki 300 yerdən 151-ni qazanmalıdır. Bu da ümumi nəticələrin partiyalar arasında necə bölüşdürülməsindən asılıdır. Yəni 3 faiz baryeri olan sistemdə baryerdən aşağı olan partiyaların səsləri kimin qalib gələcəyini müəyyən edir. Çünki səslərin 3 faizinə çatmayan partiyaların aldığı səslər baryeri keçən partiyalar arasında səs nisbətlərinə görə bölünəcək.
- Həbsdən çıxan müğənni ilə bağlı maraqlı fakt
- Moped sürücülərinin nəzərinə: Martın 26-dan...
- Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
- Prezident fərman imzaladı
- Prezident sərəncam imzaladı
- Sabahın hava proqnozu açıqlandı
- Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı
- "Bakcell" müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir