Gürcüstan hakimiyyəti Avropa Komissiyasının (AK) məhkəmə-hüquq islahatları ilə bağlı şərtini yerinə yetirəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri İrakli Kobaxidze deyib.
"Venesiya Komissiyasının məhkəmə-hüquq islahatları ilə bağlı tövsiyələri təqdim olunub. Təbii ki, biz bu tövsiyələri diqqətlə oxumuşuq və onlara ciddi əməl edəcəyik. Müvafiq olaraq, təşəbbüs olunan sənədə yenidən baxılacaq və bu əsaslandırma əsasında yekun variant formalaşdırılaraq, parlament tərəfindən təsdiqlənəcək”, - Kobaxidze bildirib.
- İlqar Hacıyevə hökm oxundu
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- İran ABŞ hərbi gəmisini belə vurdu - Video
- Bakıda qanunsuz tikili söküldü - Video
- Həbsdən çıxan müğənni ilə bağlı maraqlı fakt
- Moped sürücülərinin nəzərinə: Martın 26-dan...
- Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
- Prezident fərman imzaladı