Cümhur İttifaqı TBMM-də səs çoxluğunu təmin edə bilib.
BUTA.TV xəbər verir ki, bu barədə MHP-nin sədr müavini Semih Yalçın məlumat verib.
“Cənab Ərdoğanın mayın 28-də keçiriləcək ikinci turda açıq-aşkar birinci olacağı və Türkiyə Respublikasının 13-cü prezidenti seçiləcəyi artıq bəlli olub”, - Yalçın bildirib.
Partiya rəsmisi vurğulayıb ki, seçkilərin qalibi türk millətinin özüdür:
"14 may axşamı millətin iradəsi özünü sübut etdi. Beləliklə, heç bir bəşəri qüdrətin milli iradənin qarşısında dura bilməyəcəyi, heç bir qüvvənin ona qalib gələ bilməyəcəyi bir daha nümayiş etdirildi. Bu seçkilər Türkiyənin həm regional, həm də qlobal məqsədlərinə çatması üçün əhəmiyyətli bir mərhələdir. Bundan sonra Cümhur İttifaqı öz yolu ilə möhkəm addımlarla irəliləyəcək. MHP də ictimai asayişin, qardaşlığın və əmin-amanlığın təhlükəsizlik açarı olmağa davam edəcək”.
- İlqar Hacıyevə hökm oxundu
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- İran ABŞ hərbi gəmisini belə vurdu - Video
- Bakıda qanunsuz tikili söküldü - Video
- Həbsdən çıxan müğənni ilə bağlı maraqlı fakt
- Moped sürücülərinin nəzərinə: Martın 26-dan...
- Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
- Prezident fərman imzaladı