“Тrendyol”da Novruz endirimləri başlayır

12:02 - 2 Mart 2026 - GÜNDƏM

 “Тrendyol”da Novruz endirimləri başlayır

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri Тrendyol Azərbaycandakı müştəriləri üçün Novruz kampaniyasına başlayır.

4-9 mart tarixlərini əhatə edəcək kampaniya bütün məhsul kateqoriyalarına tətbiq ediləcək. Kampaniya müddətində geyim, kosmetika, elektronika, ev və mebel, supermarket məhsulları, aksessuar, kitab və dəftərxana ləvazimatları daxil olmaqla, minlərlə məhsul daha sərfəli qiymətlərlə təqdim olunacaq.

Тrendyol müştəriləri “Novruz endirimləri” günlərində “NOVRUZ25” kodu ilə 15 manata qədər 25% endirim əldə edəcəklər.

Qeyd edək ki, ‘”Тrendyol”da ilk 3 sifariş, 30 AZN və üzəri alış-verişlərdə çatdırılma xidməti pulsuzdur.

Həmçinin alış-veriş həvəskarlarına kampaniya günlərində endirim kuponları və səbətə özəl endirimlər təqdim olunacaq.

“Novruz endirimləri”nin fürsətləri bununla bitmir. “Novruz Çarxı”, “Paylaş-Qazan” və digər interaktiv aksiyalar da müştərilərə əlavə kuponlar, bonuslar qazandıracaq.

Тrendyol platforması istifadəçilərə 7 milyondan çox məhsul təqdim edir və müxtəlif kateqoriyalar üzrə geniş seçim imkanları yaradır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol