Türkiyə son 20 ildə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.
“Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir”, -dövlət başçısı bildirib.
- Efirdən gedən Toliki bu xanım əvəz edəcək
- Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
- 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN
- Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
- Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
- Toliklə Elgizin verilişinin bağlanmasının səbəbi - Rəsmi
- Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi
- Azercell “Bakı Marafonu 2026”nın eksklüziv tərəfdaşıdır