Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasına (MŞ) yeni sədr və sədr müavini təyin edilib.
BUTA.TV xəbər verir ki, bu barədə MDM məlumat yayıb.
Bunlar, Azərbaycan Mərkəzi Bankının (AMB) Daxili audit departamentinin direktoru Elçin Əlizadə (sədr) və Kapital bazarı fəaliyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimovadır (sədr müavini).
Onlar MDM-in rəhbərliyində müvafiq olaraq AMB-nin Baş direktoru Əli Əhmədovu və Kapital Bazarlarına Nəzarət Siyasəti və Nəzarət Departamentinin direktor müavini Samir İsmayılovu əvəz edib.
“TƏBİB hər il baş həkimimizi dəyişir, amma mikroskopumuzun lampasını dəyişmir” - MÜSAHİBƏ
MŞ-nın digər 2 üzvü isə əvvəlki qaydada ABB-İnvest İnvestisiya Şirkəti QSC-nin direktoru Nadir Babazadə və PAŞA Kapital İnvestisiya Şirkəti QSC-nin Satış və treydinq bölməsinin rəhbəri Elçin Məmmədovdur.
Xatırladaq ki, MDM ölkə ərazisində qiymətli kağızların saxlanılması, onlar üzərində mülkiyyət və digər hüquqların uçotunu, habelə qiymətli kağızlarla bağlı əqdlərin qeydiyyatını aparan depozitar sisteminin işinin təşkili və əlaqələndirilməsi məqsədi ilə yaradılıb.
- Efirdən gedən Toliki bu xanım əvəz edəcək
- Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
- 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN
- Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
- Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
- Toliklə Elgizin verilişinin bağlanmasının səbəbi - Rəsmi
- Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi
- Azercell “Bakı Marafonu 2026”nın eksklüziv tərəfdaşıdır