Ermənistan və Türkiyə komandaları arasında İrəvanda keçiriləcək futbol matçının təşkilatçıları 5 minə yaxın bileti yaxın və etibarlı adamlarına paylayıblar.
BUTA.TV xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
“Martın 6-da onlayn bilet satışına start verilib, martın 13-də isə onların satışı başa çatıb. Biletlər qara bazarda da satılır: 3-5 min dram əvəzinə 25-35 min dram qiymətinə. 5 minə yaxın bilet isə ümumiyyətlə satılmayıb. Federasiya bir tərəfdən vətəndaşı oyunu izləmək imkanından məhrum edib, digər tərəfdən spekulyasiya və saxtakarlığın qarşısını almaq üçün lazımi nəzarəti təmin edə bilməyib”, - məlumatda deyilir.
Qeyd edək ki, martın 25-də Ermənistan millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə yığmasını qəbul edəcək. UEFA-nın qərarı ilə oyun türkiyəli azarkeşlər olmadan keçiriləcək.
“TƏBİB hər il baş həkimimizi dəyişir, amma mikroskopumuzun lampasını dəyişmir” - MÜSAHİBƏ
- Efirdən gedən Toliki bu xanım əvəz edəcək
- Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
- 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN
- Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
- Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
- Toliklə Elgizin verilişinin bağlanmasının səbəbi - Rəsmi
- Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi
- Azercell “Bakı Marafonu 2026”nın eksklüziv tərəfdaşıdır