Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı dəqiq vaxt demək mümkün deyil.
BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə Baş nazirin müavini, Operativ Qərargahın üzvü Şahin Mustafayev deyib.
“Operativ Qərargah tərəfindən mövcud epidemioloji vəziyyətə uyğun olaraq qərarlar qəbul olunur. Vəziyyətə uyğun müvafiq qərar veriləcək”, - deyə o əlavə edib.
Xatırladaq ki, COVID-19 pandemiyasını geniş yayılmasının qarşısının alınması məqsədilə 5 aprel 2020-ci il tarixdən Azərbaycanın quru sərhədləri bağlıdır.
“TƏBİB hər il baş həkimimizi dəyişir, amma mikroskopumuzun lampasını dəyişmir” - MÜSAHİBƏ
Bu ilin fevralında Nazirlər Kabineti koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddətinin 2023-cü il mayın 1-i saat 06:00-dək uzadılması haqqında qərar verib.
- Efirdən gedən Toliki bu xanım əvəz edəcək
- Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
- 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN
- Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
- Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
- Toliklə Elgizin verilişinin bağlanmasının səbəbi - Rəsmi
- Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi
- Azercell “Bakı Marafonu 2026”nın eksklüziv tərəfdaşıdır