Sosial şəbəkədəki paylaşımlarına görə tez-tez müzakirə olunan müğənni Roza Zərgərli bu dəfə açıqlaması ilə diqqət çəkib.
BUTA.TV-nin məlumatına görə, o, “Şou-Mall” verilişində qonaq olarkən, Xalq artisti Polad Bülbüloğlu ilə rəqs etməsi barədə danışıb.
Onun fikrincə, Polad Bülbüloğlu çıxış edən zaman onun səhnəsinə girmək tərbiyəsizlikdir: "O, oxuyanda mən kulisdə oynayırdım. Bütün xalq artistləri, görkəmli sənətkarlar arxamdan itələdi ki, səhnəyə çıx. Yoxsa, mən səhnəyə çıxmağa utanardım. Sənətkardır, onun səhnəsinə girmək tərbiyəsizlikdir. Yəni mən elə sayıram. Amma hərə bir tərəfdən dedi, çıxdım. O da məni gördü, bildi ki, elə addım atmaram. Ziyafətdə də çox gözəl sözlər dedi, çox fəxr etdi.
Bu, mənim üçün ən böyük tərifdir. O, mənim üçün ən böyük şöhrət idi. Çünki uşaqlıqdan pərəstişkarı olmuşam. Bundan başqa, dahi Bülbülün yadigarıdır. Ona toxunmaq, salamlaşmaq, bir foto çəkdirmək əbədi bir yadigardır”.
“TƏBİB hər il baş həkimimizi dəyişir, amma mikroskopumuzun lampasını dəyişmir” - MÜSAHİBƏ
Qeyd edək ki, Roza Zərgərli Qazaxıstanda TÜRKSOY-un keçirdiyi konsert zamanı Xalq artisti Polad Bülbüloğlu ilə birgə rəqs etmişdi.
- Efirdən gedən Toliki bu xanım əvəz edəcək
- Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
- 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN
- Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
- Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
- Toliklə Elgizin verilişinin bağlanmasının səbəbi - Rəsmi
- Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi
- Azercell “Bakı Marafonu 2026”nın eksklüziv tərəfdaşıdır