Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bayram günlərində bəzi rayonlarda gözlənilən hava proqnozunu açıqlayıb.
Xidmətdən BUTA.TV-a bildiriblər ki, martın 21-dən Qəbələ rayonunda bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Martın 22-si axşam yağıntının tədricən kəsiləcəyi, martın 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr təşkil edəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 13-16° isti olacağı proqnozlaşdırılır.
Şahdağda (Qusar) gün ərzində havanın arabir yağıntılı olacağı, martın 21-i gündüz, martın 22-si gecə və səhər arabir qara keçəcəyi, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Martın 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 3-8 metr təşkil edəcək. Havanın temperaturunun gecə 0-4° şaxta, gündüz 0-3° isti olacağı bildirilir.
İsmayıllı rayonunda martın 21-i səhərdən arabir yağış yağacağı, martın 22-si axşam tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti 3-8 metr/saniyə təşkil edəcək. Havanın temperaturunun gecə 4-6°, gündüz 12-15° isti olacağı ehtimal edilir.
“TƏBİB hər il baş həkimimizi dəyişir, amma mikroskopumuzun lampasını dəyişmir” - MÜSAHİBƏ
Lənkəran rayonunda martın 21-i səhərdən arabir yağış yağacağı, martın 22-si gündüz tədricən kəsiləcəyi, martın 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə təşkil edəcək. Havanın temperaturunun gecə 8-10°, gündüz 14-17° isti olacağı ehtimalı var.
Şəki rayonunda hava əsasən yağmursuz keçəcək. Lakin martın 21-i gündüzdən martın 22-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Martın 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı ehtimal edilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr təşkil edəcək. Havanın temperaturunun gecə 7-9°, gündüz 13-16° isti olacağı gözlənilir.
- Efirdən gedən Toliki bu xanım əvəz edəcək
- Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
- 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN
- Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
- Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
- Toliklə Elgizin verilişinin bağlanmasının səbəbi - Rəsmi
- Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi
- Azercell “Bakı Marafonu 2026”nın eksklüziv tərəfdaşıdır