Geoloqlar Yer kürəsinin 100 milyon illik tarixinin bir neçə saniyə ərzində keçdiyi animasiya yaradıblar.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, alimlər Yerin təkamül dinamikasının ən əyani mənzərəsini ərsəyə gətiriblər. Videonun əvvəlində qədim superkontinent Pangeyanın dağılması nümayiş olunur.
Videodan görünür ki, 100 milyon il əvvəl gələcək Cənubi Amerika gələcək Afrika ilə praktiki olaraq vahid bir bütöv təşkil edib. Şimal yarımkürəsində torpaq nisbətən kiçik ərazilərə bölünüb və yalnız təxminən 50 milyon ildən sonra Yerin səthi az və ya çox dərəcədə müasir formasına bənzəyib. Qeyd olunur ki, model yaradılarkən təkcə tektonik plitələrin hərəkəti deyil, həm də okean sularının hərəkəti, eləcə də yer mantiyasının tədricən dəyişməsi nəzərə alınıb.
Bu elmi işin aparıcı müəllifi, Sidney Universitetinin alimi Tristan Salles bildirib ki, Yer üzündə həyatın mənşəyi sualına cavab axtarışında bəzi detallar çox vacib ola bilər. Onun sözlərinə görə, çöküntü süxurlarının qurudan necə yuyulduğunu başa düşmək xüsusilə vacibdir - məhz onlar planetin ilk sakinləri üçün yetişdirici zəmin olublar:
“TƏBİB hər il baş həkimimizi dəyişir, amma mikroskopumuzun lampasını dəyişmir” - MÜSAHİBƏ
"Qədim Yerdə torpaq eroziyasının tam təsviri ilk canlı orqanizmlərin okeanların dərinliklərində deyil, quruda yarandığı fərziyyəsini yoxlamağa kömək edə bilər".
- Efirdən gedən Toliki bu xanım əvəz edəcək
- Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
- 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN
- Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
- Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
- Toliklə Elgizin verilişinin bağlanmasının səbəbi - Rəsmi
- Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi
- Azercell “Bakı Marafonu 2026”nın eksklüziv tərəfdaşıdır