Tərtər rayonunun Talış kəndinin sakinləri baharın gəlişini 30 ildən sonra doğma yurdlarında qarşılayıblar.
BUTA.TV xəbər verir ki, Talış kəndində Novruz şənliyinin keçirildiyi meydanda səmənilər, xonçalar düzülüb, Novruz adət-ənənələri nümayiş etdirilib. Qız-gəlinlər müxtəlif şirniyyatlar, sac üstündə yuxa bişirib, iştirakçılar yumurta döyüşdürüblər. Novruzun personajları olan Kosanın və Keçəlin məzhəkəli oyunları, kəndirbazın, pəhləvanın, qılıncla rəqs edən və alov şousu göstərən ifaçıların çıxışları maraqla qarşılanıb. Musiqiçilərin, balaban, zurna, dəf ifaçılarının çıxışları da bayrama xüsusi rəng qatıb. Əllərində Azərbaycan Respublikasının Dövlət Bayrağını tutmuş milli geyimli gənclərin Qarabağ atlarının üstündə meydana gəlmələri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Azərbaycan Dövlət Kukla Teatrının truppası M.F.Axundzadənin məşhur “Müsyo Jordan və Dərviş Məstəli Şah” komediyası əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdirib. Sonra teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının uşaq qrupunun ifasında “Can Qarabağ” konserti olub.
Sonra Əməkdar artist Aybəniz Haşımovanın və “Sənət Akademiyası” tələbələrinin ifasında “Qarabağa gəlirik” və “Vətəndən pay olmayır” mahnıları ifa edilib. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin çıxışından sonra Milli səs yarışının iştirakçısı Asim Abbasovun və gənc xanəndə Yusif Cəfərbəylinin ifaları sakinlər tərəfindən böyük maraqla dinlənilib.
“TƏBİB hər il baş həkimimizi dəyişir, amma mikroskopumuzun lampasını dəyişmir” - MÜSAHİBƏ
Sakinlər qonaqlarla birlikdə “Yallı” sədası altında rəqs edib, şənləniblər. Axşam saatlarında kənd sakinlərinin iştirakı ilə bayram tonqalı qalanıb.
- Efirdən gedən Toliki bu xanım əvəz edəcək
- Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
- 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN
- Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
- Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
- Toliklə Elgizin verilişinin bağlanmasının səbəbi - Rəsmi
- Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi
- Azercell “Bakı Marafonu 2026”nın eksklüziv tərəfdaşıdır