Moskva Suriya, İran və Türkiyə ilə xarici işlər nazirlərinin müavinləri səviyyəsində qarşıdan gələn dördtərəfli məsləhətləşmələrin cədvəlini razılaşdırır, konkret tarixlər yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Boqdanov deyib.
"Hələ heç nə ilə bağlı razılığa gəlməmişik. Ona görə də təxirə salınacaq heç nə yoxdur. Biz bu görüşün tez baş tutmasından yanayıq.
Amma həmkarlarımızın: suriyalıların, türklərin və iranlıların iş qrafiki var. Konkret tarix olmasa da, biz koordinasiyaya davam edəcəyik", - Boqdanov bildirib.
“TƏBİB hər il baş həkimimizi dəyişir, amma mikroskopumuzun lampasını dəyişmir” - MÜSAHİBƏ
Qeyd edək ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya tərəfinin Türkiyə, Rusiya, İran və Suriya nümayəndə heyətlərinin Moskvada keçiriləcək görüşünün təxirə salınmasını təklif etdiyini, Ankaranın bu təkliflə razılaşdığını bildirmişdi.
- Prezident Bakı haqda: Tıxac, toz-torpaq, külək...
- Efirdən gedən Toliki bu xanım əvəz edəcək
- Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
- 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN
- Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
- Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
- Toliklə Elgizin verilişinin bağlanmasının səbəbi - Rəsmi
- Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi