Xerson vilayətinin işğaldan azad edilmiş ərazisində 50-dən çox kənd rus işğalçıları tərəfindən demək olar ki, tamamilə dağıdılıb.
BUTA.TV xəbər verir ki, bunu martın 23-də Xerson vilayətinə səfər edən Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
"Mən Xerson vilayətindən qayıtdım - mənim günüm ilk növbədə bizim bu bölgəmizə həsr olunmuşdu. İşğalçı bilsin ki, biz terroru bağışlamayacağıq və unutmayacağıq. Bu gün rus ordusu yenidən Xerson vilayətini vurdu, Berislavı vurdu - yerli administrasiyaya, evlərə, muzeyə. Nədənsə, hətta Berislavdakı tarix muzey də Rusiya üçün təhlükədir", - Zelenski qeyd edib.
- Bakıda kişinin başı daşa dəydi, öldü
- ABŞ səfirliyi xalqımıza başsağlığı verdi
- DTX-nin saxladığı terrorçuların məhkəməsi başladı
- Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir
- Prezident Bakı haqda: Tıxac, toz-torpaq, külək...
- Efirdən gedən Toliki bu xanım əvəz edəcək
- Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
- 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN