Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
BUTA.TV xəbər verir ki, prezident və parlament seçkilərində 60 milyon 697 min 843 seçici səsvermə hüququna sahib olacaq. Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi mayın 9-da başa çatıb, gömrük məntəqələrində səsvermə isə davam edir.
Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və ATA İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Məhərrəm İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.
Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.
- Həbsdən çıxan müğənni ilə bağlı maraqlı fakt
- Moped sürücülərinin nəzərinə: Martın 26-dan...
- Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
- Prezident fərman imzaladı
- Prezident sərəncam imzaladı
- Sabahın hava proqnozu açıqlandı
- Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı
- "Bakcell" müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir